•  

  •  

  •  

  •  

  •  

  •  

  •  

  •  

  •  

  •  

       2006-ci il iyun ayının 19-dan 27-dək Azərbaycanın paytaxtı Bakı şəhərində Jazz Festivalı keçiriləcəkdir. Festivalda dünya cazının ulduzları El Cerrou, Herbi Henkok, dünyanın bir sıra başqa ölkələrini (Portuqaliya, Italiya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və b.) təmsil edən musiqiçilər, eləcə də Azərbaycanın caz kollektivləri iştirak edəcəkdir. Bakıda bu qədər geniş miqyaslı jazz festivalı keçirilməsi sayca ikinci dəfədir. Ötən il Bakı Jazz Festivalının əsas qonağı əfsanəvi Co Zavinul və onun «Syndicate» qrupu olmuşdu.

       Festivalın prodüseri Rain Sultanov bildirmişdir ki, postsovet məkanı ölkələrində bu cür musiqi bayramlarının keçirilməsi xüsusilə vacibdir. Bu gün Bakıda Jazz festivalı keçirilməsi – ilin mədəni həyatında dünya ölkələrinin caz ənənələrini və caz fəlsəfəsini təcəssüm etdirən çox mühüm hadisə kimi qiymətləndirilməyə layiqdir.

       “Baku Jazz Festival 2006” altı meydanda - Bakı Caz Mərkəzində, Heydər Əliyev adına Sarayda, Şövkət Məmmədova adına Opera Studiyasında, Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, «1033» klubunda və Fəvvarələr meydanındakı açıq səhnədə keçiriləcəkdir.
İyunun 21-də və 22-də Heydər Əliyev adına Sarayda amerika müğənnisi, caz vokalının kralı sayılan El Cerrou konsertləri olacaq, iyunun 27-də isə sözün həqiqi mənasında festivalın «qızıl konserti» adlanmağa layiq olan bir tədbir keçiriləcək – həmin gün Heydər Əliyev adına Sarayda yüksək peşəkar səviyyəsi ilə seçilən, səkkiz dəfə «Grammy» mükafatına layiq görülmüş Herbie Hancock qrupu çıxış edəcəkdir.
Ötənilki festivalda olduğu kimi, bu il də hər gün saat 23.00-da Bakı Jazz Mərkəzində yerli musiqiçilərin və Festivala xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə seyşnlər təşkil ediləcəkdir.

Herbi Henkok
27 iyun - Herbi Henkok
Heydər Əliyev adına Saray

Ol Cerrou
21, 22 iyun- El Cerrou
Heydər Əliyev adına Saray
Ol Cerrou
26 iyun- Mariya Joao
"1033" klubu